...

İranda F-5 tipli hərbi qırıcı təyyarəsi qəzaya uğrayıb

Dünya xəbərləri Materials 21 Aprel 2013 14:24 (UTC +04:00)
F-5 tipli hərbi qırıcı təyyarəsi bazar günü İranın Abdanan-İlam əyalətində qəzaya uğrayıb.
İranda F-5 tipli hərbi qırıcı təyyarəsi qəzaya uğrayıb

Azərbaycan, Bakı, 21 aprel /korr. Trend D.Xatınoğlu/

F-5 tipli hərbi qırıcı təyyarəsi bazar günü İranın Abdanan-İlam əyalətində qəzaya uğrayıb. Bu barədə Trend Mehr agentliyinə istinadən məlumat verir.

Qəza nəticəsində hər iki pilot həlak olub.

Abdanan şəhərinin meri Murad Naserinin bildirdiyinə görə, təyyarə yerli vaxtla saat 9:00-da qəzaya uğrayıb. Qəzaya səbəb pis hava şəraiti olub.

Hərbi qırıcı Kabirku dağına çırpılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti