Azərbaycan, Bakı, 9 may / Trend, müxbirlər E.Tariverdiyeva, T. Cəfərov /
İranda artıq ümumilikdə 144 nəfərdən 11 siyasətçi prezident seçkilərində namizəd qismində qeydiyyata alınıb. Trend-in məlumatına görə, bu barədə cümə axşamı "Mehr" agentliyi xəbər yayıb.
Son vaxtlar seçki qərargahında siyasətçilər arasından dörd iddiaçı qeydiyyata alınıb. Bunlar Məhəmməd Baqir Xərrazi, Əli Fəllahian, Ruhulla Əhmədzadə Kermani və Seyid Məhəmməd Qarazidir.
Xərrazi İranın din xadimidir.
Onun rəqibi Əli Fəllahian siyasətçi və eyni zamanda din xadimidir.
Ruhulla Əhmədzadə Kermani Fars vilayətinin keçmiş rəhbəri olub. Hazırda İranın Mədəni irs, sənətkarlıq və turizm təşkilatına başçılıq edir.
Seyid Məhəmməd Qarazi İranın sabiq neft naziri, eləcə də keçmiş informasiya və kommunikasiya naziri olub.