Azərbaycan, Bakı, 9 may /Trend/
Suriya ölkədə kimyəvi silahın istifadə edilməsinin araşdırılması üzrə BMT-nin inspektorlarını qəbul etməyə hazırdır, Trend RİA Novosti agentliyinə istinadən məlumat verir.
"Biz hazır idik və həmişə hazırıq BMT-nin baş katibi Pan Gi Mun tərəfindən təyin edilmiş nümayəndələri bu dəqiqə qəbul etmək", - agentlik Suriya xarici işlər nazirinin müavini Feysəl-əl- Mikdadın sözlərindən sitat gətirir.
Aprelin sonunda Suriyanın BMT-dəki daimi nümayəndəsi Bəşər Cəfəri bildirib ki, Suriya hökuməti kimyəvi silahın istifadəsi haqqında istənilən hər hansı bir iddiaların araşdırılmasından imtina etmir, lakin beynəlxalq inspektorların Suriyaya gəlməsi üçün təfərrüatları aydınlaşdırmağı tələb edir.
Kimyəvi silah üzrə BMT inspektorlarının iki nəfərdən ibarət qabaqcıl qrupu, hal-hazırda Kiprdə Suriyaya gəlmək üçün icazə gözləyir.