Azərbaycan, Bakı, 10 may / Trend, müxbirlər E.Tariverdiyeva, T.Cəfərov /
İranda keçiriləcək prezident seçkilərində namizədliyə iddiaçı kimi rəsmi qeydiyyata alınan şəxslərin sayı, son məlumatlara görə, 243 nəfərə çatıb. Trend-in məlumatına görə, bu barədə cümə günü "Mehr" informasiya agentliyi məlumat verib.
Dünən seçki qərargahında 99 nəfər qeydiyyata alınıb.
İranda keçiriləcək prezident seçkilərində iştirak üzrə namizədlərin mayın 7-dən başlayan rəsmi qeydiyyatı mayın 11-dək davam edəcək.