Mayın 13-14-də Ermənistan XİN-in rəhbəri Edvard Nalbandyan Fransanın xarici işlər naziri Loran Fabiusun dəvəti ilə Parisə rəsmi səfər edəcək. Bu barədə "1in.am" Ermənistan XİN-nin mətbuat xidmətinə istinadən xəbər yayıb.
Fransa paytaxtında Ermənistan və Fransanın xarici işlər nazirlərinin görüşü keçiriləcək.
Həmçinin Edvard Nalbandyanın Fransa Milli Məclisində və Senatında görüşlər keçirməsi planlaşdırılıb.
Edvard Nalbandyan Parisdə Fransa Beynəlxalq Münasibətlrə İnstitutunda Ermənistanın xarici siyasəti haqqında nitqlə çıxış edəcək.