...

İranda prezidentliyə namizəd iqtisadiyyatı prioritet elan edib

Dünya xəbərləri Materials 18 May 2013 14:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 may / Trend, müxbir E.Tariverdiyeva /

İranın sabiq xarici işlər naziri Manuçöhr Müttəki bəyan edib ki, president seçiləcəyi halda iqtisadi müəssisələrin möhkəmləndirilməsi, köhnə maliyyələşdirmə və idarəetmə sistemlərinin müasirləşdirilməsi və inflyasiyanın qarşısının alınması üzrə xüsusi planlar həyata keçirilməsi onun əsas prioritetləri sırasında olacaq.

Müttəki habelə orta gəlirli ailələrin saxlanması və neftdən asılılıqdan xilas olmağı prioritet məsələlər adlandırıb. Bu barədə Trend şənbə günü "Mehr News" agentliyinə istinadən xəbər yayıb.

2005-ci ildən 2010-cu ilədək Əhmədinejad hökumətində xarici işlər naziri postunu tutmuş Müttəki əlavə edib ki, bu problemlərin həlli üçün onun ciddi planları var.

Qeyd edək ki, İranda prezident seçkiləri iyunun 14-də keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti