...

Ermənistanda prezidentliyə keçmiş namizəd vətəndaş hərəkatı yaratmaq niyyətindədir

Dünya xəbərləri Materials 20 May 2013 13:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 aprel /Trend/

"İrs" partiyasının lideri, Ermənistanda prezidentliyə keçmiş namizəd Raffi Hovannisyanın təşəbbüsü ilə Vətəndaş Şurası keçirilib. Bu barədə Trend bazar ertəsi "Armenianreport"a istinadən məlumat verir.

Lakin tədbirdə Petros Makeyan və Andres Qukasyandan başqa, müxalifət tərəfindən digər siyasi xadimlər iştirak etməyiblər.

Hovannisyan qeyd edib ki, təşəbbüsünün əsas məqsədi ölkədə qanunsuz fəaliyyət göstərən hakimiyyətdən vətəndaş imtinasıdır. Onun sözlərinə görə, rejimin indiki nümayəndələrinin zorla tutduqları rəhbər vəzifələrdə oturmalarına çox qalmayıb:

"Onların xalqın qələbəsini tanımağa cəsarətləri çatmır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti