...

Mixeil Saakaşvili: Sabiq baş nazir barmaqlıq arxasında çox qalmayacaq

Dünya xəbərləri Materials 22 May 2013 00:11 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 22 may /Trend müxbir N.Kirtsxalia/

Gürcüstan Prezidenti Mixeil Saakaşvili Vahid Milli Hərəkatın (VMH) sədri və baş katib vəzifələrini birləşdirərək icra etmək niyyətində deyil.

Mixeil Saakaşvili hesab edir ki, bu gün həbs edilmiş sabiq baş nazir, partiyanın baş katibi Vano Merabişvili barmaqlıq arxasında çox qalmayacaq. Bu barədə Prezident çərşənbə axşamı keçirilmiş mətbuat konfransında bildirib:

"Hesab edirəm ki, baş katibin dəyişməsinə ehtiyac yoxdur, çünki bir neçə gün ərzində o azadlıqda olacaq".

Bununla yanaşı, Prezident vurğulayıb ki, əgər Merabişvili həbsxanada çox qalsa, onda Gürcüstanı problemlər gözləyir:

"Bu beynəlxalq təcridolunma problemləridir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti