Azərbaycan, Bakı, 1 iyun / Trend, müxbir F. Eminli, Y.Kosolapova /
İran televiziyası efirə ölkə prezidentliyinə namizədlərin ailələrinin iştirakı ilə xüsusi şou çıxarmaq fikrindədir. Bu barədə şənbə günü İranın İkinci Dövlət Televiziya Kanalının Departamentinin rəhbəri Məryəm Cəlaliyə istinadən "Asriran" xəbər saytı məlumat verib.
Məlumata görə, televiziya şousu İkinci Dövlət Televiziya Kanalının efirində çıxacaq.
Cəlalinin sözlərinə görə, şou prezidentliyə namizədlərin ailələrinin həyatındakı ailə dəyərlərinin vacibliyini qeyd olunması məqsədi daşıyır.
Cəlali bildirib ki, prezidentliyə 7 namizədin ailəsi şouda növbə ilə, əlifba qaydasında iştirak edəcək.
Proqramın gedişində namizədlərin xanımları və uşaqları öz həyat tərzləri barədə danışacaq ki, adamlar onların ailə münasibətlərini mühakimə edə bilsinlər.
Belə şounun təşkil olunması barədə qərar prezidentliyə səkkiz namizədin teledebatların keçirilməsi ilə bağlı narazılıqlarını ifadə etmələrindən sonra qəbul edilib.
İranda 11-ci prezident seçkiləri 2013-cü il iyunun 14-də keçiriləcək.