...

İranda prezidentliyə namizədlərdən biri seçkiqabağı yarışdan çıxarıla bilər

Dünya xəbərləri Materials 10 İyun 2013 11:21 (UTC +04:00)
İranda prezidentliyə namizədlərdən biri seçkiqabağı yarışdan çıxarıla bilər.
İranda prezidentliyə namizədlərdən biri seçkiqabağı yarışdan çıxarıla bilər

Azərbaycan, Bakı, 10 iyun /Trend, müxbirlər E. Tariverdiyeva, T. Cəfərov/

İranda prezidentliyə namizədlərdən biri seçkiqabağı yarışdan çıxarıla bilər. Bu barədə Trend bazar ertəsi "Mehr" agentliyinə istinadən məlumat verir.

Anonim mənbə bildirib ki, Həsən Ruhani digər namizədlərlə teledebatlar zamanı İranın nüvə proqramı barədə məxfi məlumatı açıqladığına görə diskvalifikasiya edilə bilər.

Mənbənin məlumatına görə, Qəyyumluq Şurası bu gün mövcud məsələni araşdıracaq və Ruhaninin seçki yarışında iştirakını davam etdirib-etdirməyəcəyi barədə qərar qəbul edəcək.

"Fars" agentliyi öz anonim mənbəsinə istinadən məlumat yayıb ki, Həsən Ruhaninin diskvalifikasiya edilə biləcəyənin digər səbəbləri də var. Bunlar arasında İran müxalifətinin liderləri Mir Hüseyn Musəvi və Mehdi Kərrubinin dəstəklənməsi də var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti