...

DİN: Gürcüstanda terror aktının qarşısı alınıb

Dünya xəbərləri Materials 13 İyun 2013 15:08 (UTC +04:00)
Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) Tbilisidə terror aktının qarşısını alıb.
DİN: Gürcüstanda terror aktının qarşısı alınıb

Gürcüstan, Tbilisi, 13 iyun/Trend, müxbir N. Kirsxaliya/

Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) Tbilisidə terror aktının qarşısını alıb. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Gürcüstan DİN-in yaydığı bəyanatda deyilir.

Məlumata görə, bu gün səhər saatlarında müxtəlif hüquq-mühafizə orqanlarının birgə fəaliyyəti nəticəsində Tbilsidə xarici vətəndaşlar Mikayıl Kadiyev və Rizvan Ömərov saxlanılıblar.

Onların yaşayış yerində aparılan axtarış zamanı xeyli sayda partlayıcı madddə, elektrodetonator, odlu silah və saxta şəxsiyyət vəsiqələri ələ keçirilib.

İstintaq müəyyən edib ki, İnterpolun axtarışında olan Kadiyev 2011-ci ildən Gürcüstanda gizlənib, müəyyən vaxtlarda isə ölkə hüdudlarını tərk edib.

İndiki mərhələdə saxlanılan şəxslərin əlaqələrini və onlara himayədarlıq edənləri üzə çıxartmaq üçün axtarış tədbirləri aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti