...

DİN: Həsən Ruhani İranda prezident seçkilərində səs toplamaqda davam edir

Dünya xəbərləri Materials 15 İyun 2013 11:02 (UTC +04:00)
İran Daxili İşlər Nazirliyi (DİN) ölkədə prezident seçkilərində səsvermənin nəticələrini yeniləyib.
DİN: Həsən Ruhani İranda prezident seçkilərində səs toplamaqda davam edir

İran, Tehran, 15 iyun /Trend, müxbir T. Cəfərov/

İranın Daxili İşlər Nazirliyi (DİN) ölkədə prezident seçkilərində səsvermənin nəticələrini yeniləyib. Trend-in Tehrandakı xüsusi müxbirinin verdiyi məlumata görə, islahatçı namizəd Həsən Ruhani liderliyi davam etdirir.

Məlumata görə, ölkənin 12 058 seçki məntəqəsində (ümumilikdə 58 764 seçki məntəqəsi) 6 598 300 səs artıq hesablanıb.

Statistikaya əsasən, Həsən Ruhani 3 219 322 səslə liderlik edir. Sonrakı yerləri müvafiq olaraq, Baqir Qalibaf (1 095 671 səs), Səid Cəlili (868 301 səs), Möhsin Rzayi (708 941 səs), Əli Əkbər Vilayəti (412 941 səs) və Məhəmməd Qərəzi (82 141 səs) tuturlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti