...

Misirin prezidenti Məhəmməd Mursi hakimiyyətdən devrilib

Dünya xəbərləri Materials 4 İyul 2013 00:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 iyul /Trend/

Misir hərbçiləri prezident Məhəmməd Mursini hakimiyyətdən kənarlaşdırıblar. Bu barədə Trend "Əl-Cəzirə" telekanalına istinadən məlumat verir.

Misirdə növbədənkənar prezident seçkiləri keçiriləcək. Bu bərədə çərşənbə günü Misirin müdafiə naziri Abdelfattah as-Sisi xalqa televiziya ilə müraciətində deyib.

O, həmçinin bildirib ki, xalqın tələbi ilə dəyişikliklərin ediləcəyi konstitusiyanın qüvvəsi müvəqqəti olaraq dayandırılır.

Misir hərbçiləri Konstutisiya Məhkəməsinin sədrinin ölkənin müvəqqəti rəhbərinin təyin edildiyini açıqlayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti