...

Misirin ordu komandanının avtomobili atəşə tutulub

Dünya xəbərləri Materials 11 İyul 2013 05:04 (UTC +04:00)
Silahlı yaraqlılar Sinay yarımadasında Misir ordu komandanının avtomobilinə hücum ediblər.
Misirin ordu komandanının avtomobili atəşə tutulub

Azərbaycan, Bakı, 11 iyul /Trend/

Silahlı yaraqlılar Sinay yarımadasında Misir ordu komandanının avtomobilinə hücum ediblər. Bu barədə Trend RİA Novosti agentliyinə istinadən məlumat verir.

"İkinci ordu komandanının maşını güclü atəş altına düşdükdən sonra onun mühafizəsi terrorçularla döyüşə başladılar", - hərbi nümayəndənin bəyanatında deyilib. Hadisə Qəzza sektoru ilə sərhəddə baş verib. Komandan xəsarət almayıb.

Bir gün əvvəl terrorçular Sinay yarımadasında Misir təhlükəsizlik xidmətinin NBM-nin birinə hücüm ediblər. Hücum nəticəsində iki nəfər ölüb, altı nəfər yaralanıb.

Keçən həftə Sinayın şimalında bir neçə şəhərdə "Müsəlman qardaşları" hərəkatı və Misir prezidenti Məhəmməd Mursi hakimiyyətindən kənarlaşdırılmış tərəfdarları tərəfindən qarışıqlıqlar təşkil edilib və hücumlar olub.

Xəbər lenti

Xəbər lenti