Azərbaycan, Bakı, 29 iyul / Trend, müxbirlər E.Tariverdiyeva, T.Cəfərov /
İran 12 minə yaxın aktiv sentrifuqa malikdir. Bu barədə dünən İran Prezidenti Mahmud Əhmədinejad IRIB1 telekanalının birbaşa efirinə verdiyi müsahibədə bəyan edib.
Əhmədinejad bildirib: "Bizim nüvə texnologiyamız var. 12 minə yaxın aktiv sentrifuq var, daha beş mini isə buraxılışa hazırdır".
Qaz sentrifuqlarından atom energetikası və atom silahı üçün U-235 izotoplu uranın zənginləşdirilməsi məqsədilə istifadə olunur.
Əhmədinejad qeyd edib ki, İran nüvə yanacağı dövriyyəsi texnologiyasına malikdir.