...

Əhməd Davudoğlu: Türkiyə səfirliyə hücumdan sonra Somali barəsində öz siyasətini dəyişməyəcək

Dünya xəbərləri Materials 30 İyul 2013 04:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 iyul /Trend/

Türkiyə Moqadişodakı səfirliyinin əməkdaşları yaşayan binaya hücuma görə Somali barəsində öz siyasətini dəyişməyəcək. Trend-in Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə bazar ertəsi Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bildirib.

Nazir deyib ki, Türkiyə son iki il ərzində Somali xalqına kömək üçün "böyük layihələr" həyata keçirərək Somalinin yanında olub:

"Türkiyə digər qeyri-hökumət təşkilatları ilə əməkdaşlığın inkişafına kömək etmək üçün artıq Somaliyə 200 milyon dollar məbləğində humanitar köməyini təklif edib".

XİN başçısının sözlərinə görə, Türkiyə Somaliyə kömək etmək üçün böyük qurbanlar verib, verilən bu qurbanlar da beynəlxalq ictimaiyyət tərəfindən layiqincə qiymətləndirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti