Azərbaycan, Bakı, 22 avqust / Trend /
Türkiyə Misirin sabiq prezidenti Məhəmməd Mursi ilə görüş keçirmək üçün gizli diplomatiya aparır. Trend-in Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə çərşənbə günü Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bildirib.
"İlk dəfə mən açıqlayıram ki, biz indi də (Mursi ilə görüş üçün) gizli diplomatiyanı aparırıq", - Davudoqlu bildirdi.
Nazirin sözlərinə görə, Türkiyənin kəşfiyyat rəhbəri hərbi çevrilişdən əvvəl Məhəmməd Mursi ilə görüşüb.
"Mursi həbsdə olduğu vaxtda Hüsnü Mübarəkin azad edilməsi hadisələri dəyişəcək," - Türkiyə XİN rəhbəri deyib.