...

ATƏT-in Yerevan ofisi Ermənistanda vətəndaş cəmiyyətinin fəallarına qarşı zorakılıq hallarından narahatdır

Dünya xəbərləri Materials 12 Sentyabr 2013 10:49 (UTC +04:00)
ATƏT-in Yerevan ofisinin rəhbəri, səfir Andrey Sorokin Ermənistanda vətəndaş cəmiyyətinin fəallarına qarşı zorakılıq halları ilə bağlı öz narahatlığını bildirib. Trend-in məlumatına görə, bu barədə “Novosti-Armenia” ofisin mətbuat xidmətinə istinadən xəbər yayıb.
ATƏT-in Yerevan ofisi Ermənistanda vətəndaş cəmiyyətinin fəallarına qarşı zorakılıq hallarından narahatdır

Azərbaycan, Bakı, 12 sentyabr /Trend /

ATƏT-in Yerevan ofisinin rəhbəri, səfir Andrey Sorokin Ermənistanda vətəndaş cəmiyyətinin fəallarına qarşı zorakılıq halları ilə bağlı öz narahatlığını bildirib.Trend-in məlumatına görə, bu barədə "Novosti-Armenia" ofisin mətbuat xidmətinə istinadən xəbər yayıb.

Sorokinin bəyanatında bildirilir: "Mən Yerevanda etiraz aksiyaları zamanı dinc toplanma hüququnun pozulmasından, zorakılıqdan və nümayişçilərə əsaslandırılmamış təzyiqlərin edilməsindən narahatam".

Eləcə də ATƏT-in Yerevan ofisinin rəhbəri sentyabrın beşində dinc vətəndaş fəallarına qarşı edilən təzyiq və fiziki zorakılıq hallarını xatırladıb.

KİV-in məlumatına görə, fəallar paytaxtın mərkəzi küçələrindən birində naməlum şəxslər tərəfindən döyülüblər.

Sorokin qeyd edib ki, "bu adamların vurduqları bədən xəsarətlərindən başqa belə insidentlər vətəndaş maraqlarına və ictimai atmosferə mənfi təsir göstərə bilər".

ATƏT-in Yerevan ofisinin rəhbəri lazımi səviyyədə təhqiqatların aparılmasının vacib olduğunu vurğulayıb və hüquq-mühafizə orqanlarını bu istiqamətdə təcili addımlar atmağa çağırıb.

O bildirib: "Ədalət mühakiməsinin vaxtında həyata keçirilməsi və cinayətkarların aşkara çıxarılması cəmiyyətdə dövlət strukturlarına etimadın qorunub saxlanmasına kömək edəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti