...

Türkiyə XİN: BMT-nin islahatlara ehtiyacı var

Dünya xəbərləri Materials 19 Noyabr 2013 06:54 (UTC +04:00)
BMT-nin ciddi islahatlara ehtiyacı var. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə XİN-in rəhbəri Əhməd Davudoğlu çərşənbə axşamı Vaşinqtonda bildirib.
Türkiyə XİN: BMT-nin islahatlara ehtiyacı var

Azərbaycan, Bakı, 19 noyabr /Trend/

BMT-nin ciddi islahatlara ehtiyacı var. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə XİN-in rəhbəri Əhməd Davudoğlu çərşənbə axşamı Vaşinqtonda bildirib.

Ə.Davudoğlu: "Suriyadakı son hadisələr göstərir ki, BMT dünya birliyini təhdid edən böhranları, onlardan çıxış yollarını axtarıb dərhal reaksiya vermək imkanına malik deyil".

Onun sözlərinə görə, BMT Suriya münaqişəsinin nəticəsində yaranmış humanitar problemin həllində effektiv deyil: "Təəssüf ki, BMT Suriyadakı humanitar vəziyyət üzrə heç bir qətnamə qəbul etməyib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti