...

Rusiya Suriyaya kimyəvi silahın məhv edilməsi üçün lazımi texnika verəcək

Dünya xəbərləri Materials 5 Dekabr 2013 04:41 (UTC +04:00)
Rusiya Suriyaya kimyəvi silahlarını məhv edilməsi proqramı çərçivəsində bəzi tədbirlərin keçirilməsi üçün lazımi texnika verəcək.
Rusiya Suriyaya kimyəvi silahın məhv edilməsi üçün lazımi texnika verəcək

Azərbaycan, Bakı, 5 dekabr / Trend /

Rusiya Suriyaya kimyəvi silahlarının məhv edilməsi proqramı çərçivəsində bəzi tədbirlərin keçirilməsi üçün lazımi texnika verəcək. Trend RİA Novosti agentliyinə istinadən, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin çərşənbə günü rusiyalı jurnalistlərə bildirib.

Onun sözlərinə görə, bu Suriyada kimyəvi tərk-silah əməliyyatı üçün maddi vəsaitin çatışmazlığı problemini həll etməyə imkan verəcək.

"Biz suriyalılara kimyəvi silahların məhv edilməsi proqramı çərçivəsində bəzi tədbirlərin keçirilməsi üçün lazımi texnika verməklə müəyyən köməklik göstərəcəyik," - diplomat deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti