...

Atom enerjisi təşkilatının rəhbəri: İran yeni nəsil sentrifuqaları işə salmayıb

Dünya xəbərləri Materials 30 Dekabr 2013 07:37 (UTC +04:00)
İranın atom enerjisi üzrə təşkilatının prezidenti Əli Əkbər Salehi bildirib ki, ölkədə uranın zənginləşdirilməsi üçün nəzərdə tutulmuş yeni nəsil sentrifuqalar istifadəyə verilməyib.
Atom enerjisi təşkilatının rəhbəri: İran yeni nəsil sentrifuqaları işə salmayıb

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 30 dekabr / Trend /

İranın atom enerjisi üzrə təşkilatının prezidenti Əli Əkbər Salehi bildirib ki, ölkədə uranın zənginləşdirilməsi üçün nəzərdə tutulmuş yeni nəsil sentrifuqalar istifadəyə verilməyib. Trend RBK-ya istinadən bu barədə məlumat verir.

İran dövlət televiziyası Salehinin sözlərini sitat kimi gətirib, dünya dövlətləri ilə noyabrda bağlanmış sazişə görə, bir neçə ay bundan əvvəl bir mindən artıq quraşdırılmış yeni sentrifuqalar işə qoşulmayıblar.

"İran daha sentrifuqa quraşdırmayacaq", - Salehi deyib.

Eyni zamanda o, təsdiq edib ki, onun mühəndisləri daha yeni nəsil sentrifuqları yaradıb sınağını keçirirlər. Bu sözlər, görünür, yeni hökumətin daha liberal yolla narazı olan sərt xətt tərəfdarlarının tənqidlərinə bir qədər zəiflətmək məqsədi daşıyır, Associated Press xəbər verir.

Xəbər lenti

Xəbər lenti