...

İran və BAEA arasında danışıqlar təxirə salınıb

Dünya xəbərləri Materials 14 Yanvar 2014 09:54 (UTC +04:00)
Yanvarın 21-də İran və Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) nümayəndələri arasında keçirilməsi planlaşdırılan danışıqların vaxtı dəyişdirilib.
İran və BAEA arasında danışıqlar təxirə salınıb

Azərbaycan, Bakı, 14 yanvar /Trend, müxbir T.Cəfərov/

Yanvarın 21-də İran və Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) nümayəndələri arasında keçirilməsi planlaşdırılan danışıqların vaxtı dəyişdirilib. Bunu İranın BAEA-dakı nümayəndəsi Rza Nəcəfi deyib. Trend-in məlumatına görə, bu barədə İSNA agentliyi xəbər verir.

Nəcəfi bildirib ki, İran və 5+1 ölkələri arasında Cenevrədə əldə olunmuş razılığın icrasına yanvarın 20-dən başlanılacaq və elə bu səbəbdən danışıqların növbəti raundu fevralın 8-də Tehranda keçiriləcək.

Qeyd edək ki, bundan öncə İran və BAEA nümayəndələri arasında danışıqlar 2013-cü ilin dekabr ayında keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti