Azərbaycan, Bakı, 21 yanvar /Trend/
Ukrayna hökuməti Kiyevdə vəziyyətin dinc yolla həll edilməsi üçün mümkün olan hər şey etmək niyyətindədir. Trend-in məlumatına görə, bu barədə RİA Novosti Ukrayna Xarici İşlər Nazirliyinin bəyanatına istinadən xəbər verir.
Bəyanatda deyilir ki, Ukrayna hökuməti vəziyyəti dialoq əsasında nizamlamaq niyyətindədir: "Hökumət ümid edir ki, dünya ictimaiyyəti vətəndaşların həyat və sağlamlığını təhlükə altına salan radikal hərəkətləri qınayacaq".
Qeyd edək ki, noyabrın 19-dan Kiyevdə müxalifətin radikal qrupları və hüquq-mühafizə orqanları arasında toqquşmalar gedir.