...

Yunanıstanda məhkəmə binasında partlayış olub

Dünya xəbərləri Materials 27 Yanvar 2014 13:21 (UTC +04:00)
Yunanıstanın Korinf şəhərindəki məhkəmə binasında partlayıcı qurğu işə düşüb. İnsident zamanı xəsarət alan olmayıb.
Yunanıstanda məhkəmə binasında partlayış olub

Azərbaycan, Bakı, 27 yanvar /Trend/

Yunanıstanın Korinf şəhərindəki məhkəmə binasında partlayıcı qurğu işə düşüb. İnsident zamanı xəsarət alan olmayıb. Trend-in məlumatına görə, bu barədə Rusiya KİV-i "Skai" telekanalına istinadən xəbər verib.

Partlayıcı qurğu məhkəmə müstəntiqinin kabinetinə girişin yanında quraşdırılıb və yerli vaxtla saat 07:13-də, işçilər işə gələrkən işə düşüb.

Patlayışdan sonra başlayan yanğından kabinetə ciddi ziyan dəyib.
Təhqiqat aparılır. Hələlik hadisəyə görə məsuliyyəti heç kim öz üzərinə götürməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti