...

Ermənistan parlamentindəki qeyri-hökumət qüvvələri Baş nazirə etimadsızlıq elan edəcəklər

Dünya xəbərləri Materials 8 Fevral 2014 14:03 (UTC +04:00)
Ermənistan parlamentində hakim koalisiyaya daxil olmayan fraksiyalar - Erməni Milli Konqresi (EMK), "Daşnaksütyun" EİF, "İrs" və "Çiçəklənən Ermənistan" nəhayət sözdən işə keçmək qərarına gəlib.
Ermənistan parlamentindəki qeyri-hökumət qüvvələri Baş nazirə etimadsızlıq elan edəcəklər

Azərbaycan, Bakı, 8 fevral /Trend/

Ermənistan parlamentində hakim koalisiyaya daxil olmayan fraksiyalar - Erməni Milli Konqresi (EMK), "Daşnaksütyun" EİF, "İrs" və "Çiçəklənən Ermənistan" nəhayət sözdən işə keçmək qərarına gəlib. Trend-in məlumatına görə, bu barədə şənbə günü "Armenia Today" saytı "Aykakan Jamanak" qəzetinə istinadən xəbər yayır.

Onlar parlamentin növbəti dörd günlük iş həftəsi ərzində, yəni fevralın 24-27-də Baş nazir Tiqran Sarkisyana etimadsızlıq elan edilməsi məsələsini qaldırmaq niyyətindədirər. Məlumata görə, EMK və "Çiçəklənən Ermənistan" müvafiq sənədin məzmununu artıq razılaşdırıblar.

Hazırkı mərhələdə bu prosesi bir qədər başqa cür təsəvvür edən "Daşnaksütyun" EİF və "İrs" isə taktiki məsələlərdə tərəddüd edirlər. Lakin EMK və "Çiçəklənən Ermənistan" sonda bu fraksiyaların da təşəbbüsə qoşulacaqlarını gözləyirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti