...

Suriyanın beş əyaləti təxribat nəticəsində elektrik enerjisiz qalıb

Dünya xəbərləri Materials 18 Fevral 2014 03:10 (UTC +04:00)
Silahlı müxalifətin döyüşçüləri Mərkəzi Suriyadakı yüksək gərginlik xətlərinin əsas sahələrindən birinin elektrik dirəklərini sıradan çıxarıblar.
Suriyanın beş əyaləti təxribat nəticəsində elektrik enerjisiz qalıb

Azərbaycan, Bakı, 18 fevral / Trend /

Silahlı müxalifətin döyüşçüləri Mərkəzi Suriyadakı yüksək gərginlik xətlərinin əsas sahələrindən birinin elektrik dirəklərini sıradan çıxarıblar.

Təxribat nəticəsində Suriyanın beş əyalətində - Həma, Tərtus, Latakiya, İdlib və Hələbdə elektrik enerjisinin verilişi dayandırılıb. Bu barədə Trend İTAR-TASS agentliyinə istinadən məlumat verir.

"Hadisə yerinə gedən təmir briqadaları bərpa işləri aparır. Qəzanın fəsadları yaxın saatlarda aradan qaldırılacaq", - nazirlikdən bildirilib.

Xəbər lenti

Xəbər lenti