...

Şumaxerdə ayılma əlamətləri müşahidə olunur

Dünya xəbərləri Materials 4 Aprel 2014 15:32 (UTC +04:00)
"Formula-1" yarışları üzrə 7 qat dünya çempionu Mixael Şumaxerdə ayılma və hiss etmə əlamətləri var.
Şumaxerdə ayılma əlamətləri müşahidə olunur

Azərbaycan, Bakı, 4 aprel /Trend/

"Formula-1" yarışları üzrə 7 qat dünya çempionu Mixael Şumaxerdə ayılma və hiss etmə əlamətləri var. Trend-in cümə günü İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bunu almaniyalı pilotun meneceri Sabina Kem deyib.

Qeyd edək ki, ötən il dekabrın 29-da Fransanın Meribel kurort şəhərində xizəklə sürüşən M.Şumaxer yıxılaraq ağır kəllə beyin travması alıb.

Mixael Şumaxer süni komaya salındıqdan bu günədək çəkisinin 25 faizini itirib.

Onun çəkisi komada olduğu 94 gün ərzində 55 kiloqrama düşüb. Bununla da o, 20 kiloqram çəki itirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti