...

Turçinov ümumukrayna referendumunun keçirilməsinin mümkünlüyünü istisna etmir

Dünya xəbərləri Materials 14 Aprel 2014 14:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 aprel /Trend/

Ukrayna Prezidenti səlahiyyətlərinin icraçısı, Ali Radanın spikeri Aleksandr Turçinov parlamentin qərar qəbul edəcəyi halda prezident seçkiləri ilə birlikdə Ukraynanın unitarlığına dair referendumun keçirilməsinin mümkünlüyünü istisna etməyib. Bu barədə o, bazar ertəsi parlamentin fraksiya liderlərinin və komitə sədrlərinin Saziş Şurasının iclasında bəyan edib. Trend-in məlumatına görə, xəbəri UNİAN yayıb.

O deyib: "Biz referendumun keçirilməsinə qarşı deyilik. Bundan əlavə, mən əminəm ki, parlamentin müvafiq qərar qəbul edəcəyi halda prezident seçkiləri ilə birlikdə keçiriləcək bu referendumda ukraynalıların böyük əksəriyyəti bölünməz müstəqil demokratik və unitar Ukraynaya səs verəcəklər".

Turçinov əmindir ki, bu gün ukraynalılar "ərazi bütövlüyümüzə əl uzadan təcavüzkara müqavimət göstərməyə hazırdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti