...

İran prezidenti: Səudiyyə Ərəbistanı terrorizmlə mübarizəyə başlamalıdır

Dünya xəbərləri Materials 30 Aprel 2014 01:45 (UTC +04:00)
Səudiyyə Ərəbistanı bilməlidir ki, regionun problemlərini terrorizmlə mübarizə yolu ilə həll etmək olar.
İran prezidenti: Səudiyyə Ərəbistanı terrorizmlə mübarizəyə başlamalıdır

Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir N.Umid /

Səudiyyə Ərəbistanı bilməlidir ki, regionun problemlərini terrorizmlə mübarizə yolu ilə həll etmək olar. Trend İranın birinci dövlət telekanalına istinadən bu barədə çərşənbə axşamı İran Prezidenti Həsən Ruhani deyib.

Onun sözlərinə görə, əgər Səudiyyə Ərəbistanı terrorizmlə fəal mübarizəyə başlasa, onda bu iki ölkə arasında münasibətlərin yaxşılaşmasına kömək edəcək.

İranla Səudiyyə Ərəbistanı arasında münasibətlər gərgindir. Hər iki ölkə regionda lider mövqeyini tutmağa çalışır, lakin müxtəlif siyasi məqsədlər güdür.

Səudiyyə Ərəbistanının qorxusu İranın nüvə proqramı və onun bölgəyə təsirinin yayılması ilə bağlıdır.

İran və ABŞ arasında qarşılıqlı münasibət məsələsinə toxunaraq, Ruhani bildirib ki, iki ölkə arasında problemləri qısa müddət ərzində həll etmək mümkün deyil.

"Mən hesab edirəm ki, biz İranla gərgin münasibətləri olan ölkələrlə məsələlərin həlli istiqamətində addımlar atmalıyıq", - prezident bildirib.

Ruhaninin sözlərinə görə, İran dünya ölkələri ilə qarşılıqlı münasibətlərin problemlərini həll etməyə qadirdir.

"Dünya ölkələri ilə daha sıx əlaqələrin yaradılması İran hökuməti üçün prioritetdir", - o, əlavə edib.

Prezidentin sözlərinə görə, ölkəyə qarşı sanksiyalar İran iqtisadiyyatına və dünya birliyinə ziyan vurur.

O, ümidvar olduğunu bildirib ki, ölkənin nüvə proqramı ilə bağlı yekun sazişin imzalanmasından sonra bütün İrana qarşı sanksiyalar ləğv ediləcək.

Xəbər lenti

Xəbər lenti