...

Respublikaçılar Kiyevə 100 mln. dollar məbləğində hərbi yardım göstərməyə ABŞ-a təklif ediblər

Dünya xəbərləri Materials 5 May 2014 07:23 (UTC +04:00)
Respublikaçılar partiyasının üzvləri ABŞ senatına Ukraynaya 100 milyon dollar məbləğində hərbi yardımın ayrılmasını təklif edirlər.
Respublikaçılar  Kiyevə 100 mln. dollar məbləğində hərbi yardım göstərməyə ABŞ-a təklif ediblər

Azərbaycan, Bakı, 5 may /Trend/

Respublika partiyasının üzvləri ABŞ senatına Ukraynaya 100 milyon dollar məbləğində hərbi yardımın ayrılmasını təklif edirlər. Trend RİA Novosti agentliyinə istinadən bu barədə bazar günü ABŞ senatoru Con Makkeyn bildirib.

"Çox böyük bir qrup olan respublikaçılar qrupu Ukrayna üçün 100 milyon dollar məbləğində hərbi yardımın qanunvericiliklə təsbit edilməsini təklif edir", - Makkeyn deyib.

O, bildirib ki, gələcəkdə müvafiq qanun qəbul olunmalıdır. "Mən əminəm ki, biz qanunu qəbul edəcəyik, lakin bu vaxt aparacaq, həm də vaxt bizə qarşı oynayır, buna görə də biz hələ də (ABŞ) prezidenti Barak Obamanı inandırmağa ümid edirik", - senator deyib.

Xəbər lenti

Xəbər lenti