...

Gürcüstanda çiçək xəstəliyinin törədicisi olan yeni virus tapılıb

Dünya xəbərləri Materials 5 May 2014 13:10 (UTC +04:00)
Gürcüstanın Xəstəliklərə Nəzarət Mərkəzi bazar ertəsi ölkədə aşkar olunan virusla bağlı bəyanat yayıb.
Gürcüstanda çiçək xəstəliyinin törədicisi olan yeni virus tapılıb

Gürcüstan, Tbilisi, 5 may /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstanın Xəstəliklərə Nəzarət Mərkəzi bazar ertəsi ölkədə aşkar olunan virusla bağlı bəyanat yayıb.

Trend-in məlumatına görə, bəyanatda qeyd edilir ki, hazırda Gürcüstanda amerikalı alimlərlə birgə əməkdaşlıq çərçivəsində təbiətin öyrənilməsi, adamların çiçək xəstəliyinin mikrobları olan yeni virusa yoluxma riskinin mümkünlüyü amilləri və yayılma arealı öyrənilir.

Bir müddət əvəl ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Federal Mərkəzindən Gürcüstanda çiçək xəstəliyinin törədicisi olan yeni virus tapıldığı barədə məlumat verilmişdi. Ən azı üç nəfərin bu xəstəliyə yoluxduğu xəbər verilir.

Gürcüstanlı alimlər xəstələnənlərə sərbəst şəkildə diaqnoz qoya bilmədikdə bununla əlaqədar ABŞ-dan həmkarlarını ölkəyə dəvət ediblər. Вəyanatda deyilir ki, yeni virusa yoluxanlardan ikisi xəstə heyvanlarla təmasda olan çobanlardır. Onlardan birində əvvəlcə Sibir yarasından şübhələnsələr də, laboratoriya yoxlanışı bunu təsdiqləməyib.

ABŞ-dan olan ekspertlərin sonradan apardıqları araşdırmalar göstərib ki, alimlər bu yeni virusa əvvəllər rast gəlməyiblər, ona görə də virusun adı yoxdur.

Məlumata görə, Gürcüstanda bu virusa ilk yoluxma halı 2013-cü ilin yayında qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti