...

Kerri Dəməşqi kimyəvi silahın istifadəsində ittiham edib

Dünya xəbərləri Materials 16 May 2014 00:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 may /Trend/

ABŞ dövlət katibi Con Kerri cümə axşamı bildirib ki, o, Suriya hakimiyyətinin öz xalqına qarşı müharibədə zəhərləyici maddələrin (xlor) istifadəsini göstərən ilkin məlumatlarla tanış olub. Bu barədə Trend BBC telekanalına istinadən məlumat verir.

Eyni zamanda, o, vurğulayıb ki, bu məlumatlar hələlik təsdiq edilməyib.

"Suriyanın Dostları" qrupunun üzvlərinin görüşündən sonra Londonda çıxış edərkən, o həmçinin Suriya müxalifətinə yardımın artırılması barədə razılıq əldə edilməsini bildirib.

Londonda cümə axşamı BƏƏ, Türkiyə, Səudiyyə Ərəbistanı, Qətər, İordaniya, İtaliya, Almaniya, Fransa, Misir, ABŞ və Böyük Britaniya daxil olduğu 11 ölkədən ibarət üzdəniraq "Suriyanın Dostları " qrupun xarici işlər nazirlərinin görüşü keçirilib.

Xəbər lenti

Xəbər lenti