Azərbaycan, Bakı, 25 may / Trend /
Türkmənistanın xarici işlər naziri Rəşid Meredov Azərbaycan, Türkmənistan və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli formatdakı görüşündə iştirak etmək üçün bazar günü Azərbaycana gəlib. Bu barədə Trend məlumat verir.
Bakıda görüş zamanı üç ölkənin xarici işlər nazirlərinin regiondakı vəziyyəti, Xəzərin statusunu, eləcə də əməkdaşlıq məsələlərini müzakirə edəcəyi gözlənilir.
Qeyd edək ki, artıq Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-İran görüş formatları mövcudur və göstərilən dövlətlərin XİN rəhbərlərinin və prezidentlərinin sammitləri keçirilir.
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu hələ ötən ilin sonlarında (ATƏT Nazirlər Şurasının XX iclası çərçivəsində) Türkiyə-Azərbaycan-Türkmənistan üçtərəfli formatının yaradılmasına dair qərar haqqında bəyan etmişdi.