...

Aktau limanı maye neft yüklərinin daşınmasını cüzi azaldıb

Dünya xəbərləri Materials 28 İyun 2014 15:14 (UTC +04:00)
2014-cü ilin ilk 5 ayında Aktau beynəlxalq dəniz ticarət limanı ilə 2,84 milyon ton maye neft yükü daşınıb. Bu rəqəm ötən ilin eyni dövründə 2,97 milyon ton olub.
Aktau limanı maye neft yüklərinin daşınmasını cüzi azaldıb

Azərbaycan, Bakı, 28 iyun /Trend, müxbir Emil İsmayılov/

2014-cü ilin ilk 5 ayında Aktau beynəlxalq dəniz ticarət limanı ilə 2,84 milyon ton maye neft yükü daşınıb. Bu rəqəm ötən ilin eyni dövründə 2,97 milyon ton olub.

Trend-in limanın saytına istinadən verdiyi məlumata görə, limandan 2013-cü ildə 6,28 milyon ton, 2012-ci ildə isə 7,6 milyon ton maye neft yükü daşınıb.

Aktau ilə daşınan neftin bir hissəsi Bakıyadək nəql edilir, oradan isə dəmiryolu ilə Gürcüstanın Qara dəniz limanlarına tədarük olunur.

Məlumata əsasən, limanla cari ilin ilk 5 ayında daşınan 1,83 milyon quru yükdən 457 min tonu metal məhsullarının, 797 min tonu bərə yüklərin, 384 min tonu taxıl, 189 min tonu isə digəryüklərin payına düşür.

Yanvar-may aylarında 4,67 milyon ton yük, 2013-cü ilin analoji dövründə isə 4,16 milyon ton yük daşınıb.

Limanla 2013-cü ildə 10,08 milyon ton yük daşınıb ki, bu da proqnozlaşdırılan həcmdən 3,1 faiz çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti