...

ATƏT Ukraynada Malayziya təyyarəsinin qəzaya uğraması ilə bağlı təcili iclas çağırır

Dünya xəbərləri Materials 18 İyul 2014 13:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 iyul /Trend/

Avropada Təhlükəsizlik və Əməkdaşlqı Təşkilatı (ATƏT) cümə günü Ukraynada Malayziyanın "Boeing" təyyarəsinin qəzaya uğramasından sonra Daimi Şuranın təcili iclasını çağırır. Trend-in məlumatına görə, bu barədə cümə günü İTAR-TASS təşkilatın katibliyinin nümayəndəsinə istinadən xəbər yayıb.

İsveçrə sədrliyinin mətbuat katibi Roland Bless təsdiqləyib ki, "iclas İsveçrənin təşəbbüsü ilə keçirilir, mövzu Malayziya təyyarəsinin qəzaya uğramasından sonrakı vəziyyətdir".

İyulun 17-də axşam "Malaysia Airlines" şirkətinin Boeing 777 təyyarəsinin Ukraynanın Donetsk vilayəti üzərində qəzaya uğradığı məlum olub. 298 sərnişini olan təyyarə Amsterdamdan Kuala-Lumpura uçurmuş. Qəzada sağ qalan olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti