Azərbaycan, Bakı, 5 avqust/Trend/
İran polisi Xorasan-Rezavi əyalətində 200 kiloqram narkotik vasitə müsadirə edib. Trend İRNA agentliyinə istinadən bu barədə məlumat verir.
Məlumata görə, İran hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılan 200 kiloqram tiryək tipli narkotik vasitə minik avtomobildə aparılıb.
Cinayətkarlar həbs olunub və məhkəməyə göndərilib.