Qazaxıstan, Astana, 6 avqust /Trend, müxbir Daniyar Muxtarov/
Qazaxıstanda yeni yaradılan Energetika Nazirliyinin rəhbərliyi təyin edilib.
Yeni Energetika Nazirliyinə Vladimir Şkolnik rəhbərlik edəcək. Trend-in məlumatına görə, bu barədə Qazaxıstan Prezidenti Nursultan Nazarbayev hökumətin geniştərkibli iclasında bəyan edib.
Energetika nazirinin birinci müavini Uzakbay Karabalin olacaq.