...

Ermənistanda yarmarka işçiləri yenidən etiraz aksiyası keçirirlər

Dünya xəbərləri Materials 25 Sentyabr 2014 14:55 (UTC +04:00)
Yerevan yarmarkasının işçiləri bu gün yenidən hökumət binası qarşısında toplaşıblar.
Ermənistanda yarmarka işçiləri yenidən etiraz aksiyası keçirirlər

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 25 sentyabr /Trend/

Yerevan yarmarkasının işçiləri bu gün yenidən hökumət binası qarşısında toplaşıblar. Trend-in Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, onlar oktyabrın 1-dən qüvvəyə minəcək "Dövriyyədən vergilər" haqqında qanuna edilən dəyişiklərə etiraz edirlər.

Ertirazçıların sözlərinə əsasən, yarmarka işçilərinə aksiyada iştirak edəcəkləri təqdirdə bazardakı yerlərindən məhrum olacaqlarına dair hədə-qorxu gəlinib.

Aksiya iştirakçıları sentyabrın 30-da Azadlıq meydanında böyük nümayiş keçirmək niyyətindədirlər.

Etirazçılar qanunun geri çağırılmasını tələb edirlər.

Yeni qanuna əsasən, satış yarmarkalarının işçilərindən hesab-faktura tələb olunacaq ki, bu da onları qane etmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti