...

Ermənistan Baş nazirinin müavini istefa verib

Dünya xəbərləri Materials 16 Oktyabr 2014 13:22 (UTC +04:00)
Ermənistan Baş nazirinin müavini, ərazi idarəetmə naziri Armen Gevorkyan istefa verib.
Ermənistan Baş nazirinin müavini istefa verib

Azərbaycan, Bakı, 16 oktyabr/Trend/

Ermənistan Baş nazirinin müavini, ərazi idarəetmə naziri Armen Gevorkyan istefa verib. Trend-in Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, bunu Baş nazir Ovik Abramyan hökumətin iclasında deyib.

Onun sözlərinə görə, A.Gevorkyan özəl sektorda işə başlaması ilə əlaqədar istefa ərizəsi təqdim edib, lakin o, hökumətlə əməkdaşlığı davam etdirmək niyyətindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti