...

"Total" prezidentinin "əzrail"i danışdı

Dünya xəbərləri Materials 23 Oktyabr 2014 12:33 (UTC +04:00)
“Vnukovo” aeroportunda “Falcon” təyyarəsi ilə toqquşan qartəmizləyən maşının sürücüsü Vladimir Martınenko məhkəmdə qəzada iştirakı olduğunu bəyan edib. Trend xəbər verir ki, bu barədə “İnterfaks” agentliyi məlumat yayıb.
"Total" prezidentinin "əzrail"i danışdı

Azərbaycan, Bakı, 23 oktyabr /Trend/

"Vnukovo" aeroportunda "Falkon" təyyarəsi ilə toqquşan qartəmizləyən maşının sürücüsü Vladimir Martınenko məhkəmdə qəzada iştirakı olduğunu bəyan edib. Trend xəbər verir ki, bu barədə İnterfaks agentliyi məlumat yayıb.

Martınenko Moskvanın Batman məhkəməsində deyib: "Mən hiss edirəm və bilirəm ki, heç yerə gedən deyiləm. Mən istintaqla əməkdaşlıq edirəm. Hiss edirəm ki, bu hadisədə iştirakım var. İndi mənə çox ağırdır".

O əlavə edib ki, şahidləri hədələməyəcək, xarici pasportu yoxdur və gizlənməyə hazırlaşmır. Müstəntiq Martınenkonun dekabrın 21-dək nəzarətə götürülməsini xahiş edib.

Martınenko ilə yanaşı, qəzada aerodrom xidmətinin aparıcı mühəndisi Vladimir Ledenev, qartəmizləmə işlərinə rəhbərlik edən Roman Dunayev, eləcə də stajçı-dispetçer, aviaqəza zamanı təyyarələrin hərəkətini tənzimləyən Aleksandr Kruqlov da qəzada iştirakda şübhəli hesab edilirlər.

Qeyd edək ki, oktyabrın 20-dən 21-nə keçən gecə "Vnukovo" aeroportunda "Total" neft şirkətinin prezidentinin şəxsi təyyarəsi qartəmizləyən maşınla toqquşub. Nəticədə təyyarə uçuş-enmə zolağına düşərək yanıb. Hadisədə dörd nəfər - Kristof de Marjeri, pilotlar və stüardessa həlak olub. Maşının sürücüsü ciddi xəsarət almayıb. Təcili yardım ona hadisə yerində yardım edib. Rusiya İstintaq Komitəsinin məlumatına görə, qartəmizləyən maşının sürücüsü sərxoş olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti