...

Yunan Kiprinin prezidenti Brüsseldə xəstəxanaya yerləşdirilib

Dünya xəbərləri Materials 23 Oktyabr 2014 14:49 (UTC +04:00)
Avropa İttiafqının zirvə toplantısında iştirak etmək üçün Brüsselə gedən Kipr Prezidenti Nikos Anastasiadis orada xəstəxanaya yerləşdirilib.
Yunan Kiprinin prezidenti Brüsseldə xəstəxanaya yerləşdirilib

Azərbaycan, Bakı, 23 oktyabr /Trend/

Avropa İttiafqının zirvə toplantısında iştirak etmək üçün Brüsselə gedən Kipr Prezidenti Nikos Anastasiadis orada xəstəxanaya yerləşdirilib. Bu barədə respublika hökumətinin rəsmi nümayəndəsi Nikos Xristodulidis məlumat verib. Trend xəbəri TASS-a iştinadən yayır.

Onun yaydığı bəyanatda bildirilir ki, Anastasiadis səhhəti ilə əlaqədar iclaslarda iştirak edə bilməyib, lakin öz çıxışının mətnini yazılı şəkildə göndərib.

68 yaşlı dövlət başçısı qan təzyiqinin yüksəlməsi səbəbindən yaranan uzunmüddətli burun qanaxması ilə əlaqədar xəstəxanaya yerləşdirilib. Xristodulidisin sözlərinə görə, Prezident iki gün ərzində xəstəxanada qalmalı olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti