...

Marqvelaşvili təcili bəyanat verəcək

Dünya xəbərləri Materials 5 Noyabr 2014 17:46 (UTC +04:00)
Avstriyaya işgüzar səfərini başa çatdıran Gürcüstan Prezidenti Georgi Marqvelaşvili bu gün ölkədəki mövcud siyasi hadisələrlə əlaqədar təcili bəyanat verəcək.
Marqvelaşvili təcili bəyanat verəcək

Azərbaycan, Bakı, 5 noyabr /Trend/

Avstriyaya işgüzar səfərini başa çatdıran Gürcüstan Prezidenti Georgi Marqvelaşvili bu gün ölkədəki mövcud siyasi hadisələrlə əlaqədar təcili bəyanat verəcək.

Trend-in Gürcüstan KİV-ə istinadən verdiyi məlumata görə, bunu Prezident Administrasiyasının mətbuat xidmətinin əməkdaşı deyib.

Məlumata görə, G.Marqvelaşvili ölkəyə qayıtdıqdan sonra günün sonunda bəyanat verəcək.

Xatırladaq ki, dünən Gürcüstanın Baş naziri İrakli Qaribaşvili müdafiə naziri İrakli Alasaniyanı vəzifəsindən uzaqlaşdırıb. Bunun ardından İ.Alasaniyanın komandasının üzvləri olan xarici işlər naziri Mayya Pancikidze və Avropa və Avroatlantik inteqrasiya məsələləri üzrə dövlət naziri Aleksi Petriaşvili müavinləri ilə birgə istefaya getmək qərarını açıqlayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti