...

Batuminin ən böyük bazarında yanğın nəticəsində 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb, 50 pavilyon yanıb

Dünya xəbərləri Materials 7 Dekabr 2014 18:58 (UTC +04:00)
Yanğın nəticəsində birinin vəziyyəti ağır olmaqla iki nəfər xəsarət alıb və şəhər xəstəxanasına yerləşdirilib
Batuminin ən böyük bazarında yanğın nəticəsində 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb, 50 pavilyon yanıb

Azərbaycan, Bakı, 7 dekabr /Trend/

Batuminin ən böyük bazarında yanğın nəticəsində 1 nəfər ölüb. Batuminin yanğından xilasetmə idarəsinin rəisi Hüseyn Sirabidzenin Trend-ə verdiyi məlumata görə, ölənin cəsədi pavilyonların birində tapılıbdır.

Yanğın nəticəsində birinin vəziyyəti ağır olmaqla iki nəfər xəsarət alıb və şəhər xəstəxanasına yerləşdirilib.

Yanğının qarşısının alınmasına 20 yaxın yanğınsöndürmə maşını və 100 nəfər yanğınsöndürən cəlb olunmuşdur. Sirabidzenin verdiyi məlumata görə, yanğın pirotexnika mağazasında yaranıb, oradan 500-600 kv.m. təşkil edən sahəyə yayılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti