...

Yeni rekord: Bir avro 100 rubl oldu (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 16 Dekabr 2014 16:19 (UTC +04:00)
Moskva birjasında keçirilən hərraclar zamanı avronun məzənnəsi tarixdə ilk dəfə olaraq 100 rubl səviyyəsini ötüb.
Yeni rekord: Bir avro 100 rubl oldu (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 16 dekabr /Trend/

Moskva birjasında keçirilən hərraclar zamanı avronun məzənnəsi tarixdə ilk dəfə olaraq 100 rubl səviyyəsini ötüb. Trend TASS agentliyinə istinadən xəbər verir ki, bunu Moskva birjasının məlumatları sübut edir.

Rusiya Mərkəzi Bankının avro üzrə dekabrın 17-nə müəyyən etdiyi rəsmi məzənnə 76,15 rubl, dollar üzrə isə 61,15 rubl olub. Rublun məzənnəsinin rekord səviyyədə enişi Mərkəzi Bankın əsas dərəcələrinin 17 faizədək artması və neftin ucuzlaşması fonunda davam edir.

ICE birjasında "Brent" markalı neftin bir bareli təqribən 59,26 dollara satılır.

Dekabrın 16-da RF Mərkəzi Bankı əsas dərəcəni 10,5-dən 17 faizədək artırıb. Hazırkı artım ilin əvvəlindən altıncıdır.

Qeyd edək ki, valyutaların belə sürətlə artması 1998-ci ildən bəri ilk dəfə müşahidə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti