...

Kiyevdə naməlum şəxs Ali Radanın deputatlarına qumbara atıb

Dünya xəbərləri Materials 25 Dekabr 2014 08:29 (UTC +04:00)
Naməlum şəxs Kiyevin mərkəzində otelin yaxınlığında olan Ali Radanın deputatlarına qumbara atıb.
Kiyevdə naməlum şəxs Ali Radanın deputatlarına qumbara atıb

Azərbaycan, Bakı, 25 dekabr /Trend/

Naməlum şəxs Kiyevin mərkəzində otelin yaxınlığında olan Ali Radanın deputatlarına qumbara atıb. Trend TASS agentliyinə istinadən bu barədə ölkənin Daxili İşlər Nazirliyinin mətbuat xidməti xəbər verir.

"Cavan oğlan Ukrayna xalq deputatları tərəfə qumbara atıb. İndi ekspert-kriminalistlər qumbaranın növünü müəyyənləşdirirlər ", - məlumatda deyilir.

Hadisədən sonra cinayətkar Qala döngəsi tərəfə qaçdı və daha bir qumbaranı onu təqib edən milis əməkdaşlarına atdı. Hüquq mühafizə orqanları əməkdaşlarının biri xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Milis hücum edən şəxsi müəyyənləşdirir. "Xuliqanlıq" maddəsi ilə cinayət işi açılıb.

Xəbər lenti

Xəbər lenti