...

BMT: Müsəlmanlara qarşı etnik təmizləmə aparılıb

Dünya xəbərləri Materials 9 Yanvar 2015 19:48 (UTC +04:00)
BMT-nin Mərkəzi Afrika Respublikası üçün yaratdığı İstintaq Komissiyası bu ölkədə müsəlmanlara qarşı etnik təmizlik aparıldığı qənaətinə gəlib.
BMT: Müsəlmanlara qarşı etnik təmizləmə aparılıb

Azərbaycan, Bakı, 9 yanvar /Trend, müxbir Məftun Salmanov/

BMT-nin Mərkəzi Afrika Respublikası üçün yaratdığı İstintaq Komissiyası bu ölkədə müsəlmanlara qarşı etnik təmizləmənin aparıldığı qənaətinə gəlib.

Trend-in Türkiyənin "Cihan" agentliyinə istinadən verdiyi məlumata görə, bununla belə, komissiya soyqırım dəlili tapılmadığına dair qərar verib.

BMT-nin Təhlükəsizlik Şurasına təqdim edilən yekun məruzədə bildirilir ki, ölkədəki çevrilişdən sonra baş vermiş hücumlar nəticəsində 6 min insan öldürülüb.

Qeyd edək ki, 2013-cü ilin martında Afrika ölkəsində Seleka qrupunun lideri Mişel Cotodia dövlət başçısı Fransua Bozizeni devirdikdən sonra xristian "Anti-Balaka" silahlı qruplaşması ölkədə bütün müsəlmanlara hücuma başlamışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti