Azərbaycan, Bakı, 21 yanvar /Trend, müxbir Rufiz Hafizoğlu/
Türkiyənin 1915-ci il hadisələri ilə bağlı məsələ üzrə aydın mövqeyi var. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat katibi Tanju Bilgiç deyib.
Onun sözlərinə görə, 1915-ci il hadisələrini ermənilərə qarşı "soyqırım" kimi təqdim etmək qəbuledilməzdir və Türkiyə bu barədə dəfələrlə bəyan edib.
T.Bilgiç qeyd edib ki, daha əvvəl Türkiyə Prezidenti və Baş nazirinin Ermənistanın ünvanına söylədiyi bəyanatlar taktiki xarakter daşımır və humanizm prinsiplərinə əsaslanır.