Azərbaycan, Bakı, 28 yanvar /Trend/
Ermənistan Prezidenti Serj Sarkisyanı jurnalistlərin onun həm də Ali Baş Komandan olması barədə iradları əyləndirib. Bu barədə Trend "Armenia Today" saytına istinadən xəbər verir.
Ordu günü münasibətilə keçirilən tədbirdə jurnalistlər dövlət başçısının Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində gərginliyin artmasını necə qiymətləndirməsi ilə maraqlanıblar.
Lakin S.Sarkisyan suala cavab verməmək qərarına gəlib və yalnız bunu deyib: "İndi müdafiə naziri yaxınlaşacaq, suallarınızı ona verin".
S.Sarkisyan jurnalistlərin onun həm də ölkənin Ali Baş Komandanı olması barədə iradlarına gülüb və deyib: "Doğrudan?"
Bundan sonra o, xidməti avtomobilinə əyləşərək gedib.