Azərbaycan, Bakı, 30 yanvar /Trend/
Rusiya aviaşirkətləri ciddi iqtisadi çətinliklərlə üzləşir və sanksiyaların tətbiqi, valyuta məzənnələrindəki tərəddüdlər, bir sıra turizm şirkətlərinin müflisləşməsi fonunda aviasiya daşımalarının sayının azalması səbəbindən kütləvi ixtisarlar aparırlar.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Müstəqil Həmkarlar İttifaqları Federasiyasının (RMHİF) sədri Nina Kuzmina Sosial-əmək münasibətlərinin tənzimlənməsi üzrə üçtərəfli komissiyanın iclasında bildirib.
N.Kuzminanın istinad etdiyi əmək bazarının monitorinqinin nəticələri üzrə sənəddə deyilir ki, ölkədəki "YUTeyr" ASC, "Volqa-Dnepr Aviaşirkəti" ASC, "Moskoviya" ASC, "Polyot" ASC, "Orenburq Hava Yolları" ASC, "Ay-Flay" MMC və bu kimi başqa aviaşirkətlər iqtisadi çətinliklərlə üzləşirlər.
Sənəddə "Orenburq Hava Yolları" ASC-dən 110 pilotun, "YUTeyr" ASC-nin aviasiya personalından isə 1500 nəfərin, o cümlədən 300 pilotun ixtisara salındığı bildirilir. Eləcə də "Bars Aero" şirkətinin uçuşları tamamilə dayandırılıb, "Ay-Flay" MC isə əməkdaşlarının 25-30 faizini işdən çıxarmağı planlaşdırır.
RMHİF-nin sənədində deyilir: "Hazırda əmək bazarında xarici hava gəmiləri ilə uçan 200-dən artıq təyyarə komandiri işdən çıxarılır. Ümumilikdə, 14 600 pilotdan 500-ə yaxını yay işlərindən ixtisar olunduqları barədə xəbərdarlıq alıblar".