...

Ərdoğan BMT Təhlükəsizlik Şurası strukturlarında islahatların keçirilməsinə çağırır

Dünya xəbərləri Materials 2 Fevral 2015 17:13 (UTC +04:00)
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Təhlükəsizlik Şurası strukturlarında islahatların keçirilməsinə çağırıb.
Ərdoğan BMT Təhlükəsizlik Şurası strukturlarında islahatların keçirilməsinə çağırır

Azərbaycan, Bakı, 2 fevral /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Təhlükəsizlik Şurası strukturlarında islahatların keçirilməsinə çağırıb. Bu barədə Trend bazar ertəsi "TRT Haber" telekanalına istinadən xəbər verir.

Onun sözlərinə görə, hazırda dünyanın taleyi beş dövlətdən [BMT TŞ-nin beş üzvündən] asılıdır və bu, ədalətsizlikdir.

Ərdoğan qeyd edib ki, müsəlman ölkələri BMT Təhlükəsizlik Şurasının tərkibinə daxil edilməlidirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti